
Azərbaycan 21 məhbusu İrana verib
Martın 2-də Azərbaycan 21 nəfər iranlı məhbusu cəzalarının qalan hissəsini çəkmək üçün ölkəsinə təhvil verib. Təhvilvermə Astara sərhəd-keçid məntəqəsində olub.
İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, təhvil verilənlərin 3 nəfəri qadın olub.
Məhbusların təhvil verilməsi iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən həyata keçirilib.
Hazırda Azərbaycan həbsxanalarında 128 İran vətəndaşı olan məhbus var. 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır. -03D-
-
- İqtisadiyyat
- 2 Mart 2016 15:48
-
- Mədəniyyət
- 2 Mart 2016 17:05
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz