Xalça Muzeyinin yeni direktoru Şirin Məlikova oldu
Şirin Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin edilib. Bu gün mədəniyyət və turizm naziri Əbülfəz Qarayev onu əmək kollektivinə təqdim edib.
Məlikova 1999-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakultəsini bitirib. 2001-ci ildə təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb.
2011-ci ildən Heydər Əliyev Fondunda ekspert vəzifəsində işləyib, müxtəlif ölkələrdə fondun sərgilərinin, festivallarının və digər mədəniyyət tədbirlərinin təşkilatçısı olub.
Azərbaycan rəssamları haqqında 10 kitabın və 40 elmi məqalənin müəllifidir. -06D-
Mədəniyyət
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
Rəy yaz