Açiq mənbələrdən foto.
Azərbaycan 5 ədəd Boeing 777 yük təyyarəsi alır
Bakı/28.04.21/Turan: Boeing şirkəti və Azərbaycanın Silk Way West Airlines aviaşirkəti bu gün beş ədəd Boeing 777 Freighter təyyarəsinin sifarişi barədə məlumat yayıb. Bu, Xəzər regionunda və Orta Asiyada alınan böyük yükgötürmə qabiliyyətinə və uzun uçuş məsafəsinə malik ilk yük təyyarələridir.
“Bu sövdələşmə aviaparkımızın yenilənməsinin ilk mərhələsidir. Yeni yük laynerlərinin əldə edilməsi yaxın 15-20 il ərzində yük aviadaşımalarında bizim lider mövqeyimizi möhkəmləndirəcək”, deyə Silk Way Group-un prezidenti Zaur Axundov bildirib.
Sazişin imzalanması mərasimi çərşənbə günü Bakıda hər iki tərəfin rəhbərliyinin iştirakı ilə keçirilib. Sövdələşmənin dəyəri və şərtləri açıqlanmır. Açıq mənbələrdə yer alan məlumatlara görə, belə bir təyyarənin qiyməti 358 mln. dollardır.
777 Freighter dünyada ən böyük, ən uzaq uçuş məsafəsinə malik və ən güclü iki motorlu yük təyyarəsidir. Onun uçuş məsafəsi 9200 kilometr, daşıya biləcəyi maksimum yük 100 tondan çoxdur.
Silk Way West Airlines 2012-ci ildə təsis edilib, Xəzər dənizi regionunda ən böyük yük aviaşirkətidir. Şirkətin illik yük dövriyyəsi 350 000 ton təşkil edir. Aviaşirkət hər ay bütün dünyada 40 istiqamət üzrə 350-yə yaxın müntəzəm reys həyata keçirir. -02D-
-
- İqtisadiyyat
- 28 Aprel 2021 17:04
Siyasət
-
3 fevral, bazar ertəsi günü səhər saatlarında Rusiyanın Astraxan və Volqoqrad bölgələrindəki kritik enerji obyektlərinə görünməmiş pilotsuz uçuş aparatları hücumları olub, yerli rəsmilər bildirib. Astraxanın qubernatoru İqor Babuşkin bölgəsində yanacaq və enerji kompleksinin quraşdırmalarına edilmiş hücum cəhdlərini bildirərək hücumu Ukrayna silahlı qüvvələrinə aid edib. Lakin pilotsuz uçuş aparatlarının sayı və ya onların məhv edilməsi ilə bağlı xüsusi məlumatlar açıqlanmayıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
Rəy yaz