Azərbaycan, Gürcüstan və Türkiyənin birge hərbi təlimləri
Bakı/05.06.17/Turan: Dünən Tbilisi yaxınlığında Gürcüstan, Azərbaycan və Türkiyə hərbi təlimləri başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xüsusi təyinatlı birləşmələrin təlimləri üç ölkənin hərbi idarələrinin rəhbərləri arasındakı sazişə uyğun olaraq keçirilir.
"Qafqaz qartalı" beynəlxalq təlimləri iyunun 14-nə qədər davam edəcək. Təlimlərə xüsusi təyinatlı qüvvələr, iki çoxhədəfli helikopter və bir nəqliyyat təyyarəsi cəlb olunub.
"Bu il birgə təlimlər daha genişmiqyaslı xarakter alacaq. Biz bu miqyası genişləndirmək barədə razılığa gəlmişik, bu əməkdaşlıq ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi və iddialı iqtisadi layihələrin həyata keçirilməsi nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir", deyə Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib. -0-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz