
Bakı/22.09.23/Turan: Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün humanitar məqsədlər üçün ərzaq yükü göndərmək qərarına gəlib.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.
"Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır", - bu barədə rəsmi məlumatda deyilir.-0-
Rəy yaz