
Bakı/29.02.20/Turan: Azərbaycan Müdafiə Nazirliyi İtaliyanın “Leonardo M-346 Master” təlim-döyüş təyyarələrinin alınması ilə bağlı ilkin razılaşma imzalayıb. “Hərbi icmal” nəşrinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 20-də İtaliyaya səfəri zamanı müdafiə naziri Zakir Həsənov İtaliyanın “Leonardo” şirkətinin direktoru Alessandro Profumo ilə müvafiq saziş imzalayıb.
Azərbaycan 10-15 M-346 təyyarəsi almağı planlaşdırır.
Bu təyyarələrdən bir çox ölkədə pilot hazırlanması üçün istifadə olunur. Təyyarə saatda 1060 km. sürət yığmağa və 13,7 km. yüksəkliyə qalxmağa qadirdir. Ekipaj iki nəfərlikdir.-02D-
Rəy yaz