![Биологические лаборатории Пентагона в 25 странах в рамках военной программы США.news-front.info](https://turan.az/resized/media/2018/main/100500013793-750-500-resize.webp)
Биологические лаборатории Пентагона в 25 странах в рамках военной программы США.news-front.info
Azərbaycan Müdafiə Nazirliyi: Azərbaycanda Pentaqonun nəzarətində olan laboratoriya yoxdur
Bakı/05.10.18/Turan: Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriya yoxdur. Bu barədə Turan-a Azərbaycan Müdafiə Nazirliyindən Ukrayna, Azərbaycan və Özbəkistanda Pentaqonun nəzarətində olan bioloji laboratoriyaların rekonstruksiyasının davam etməsi ilə bağlı RF hərbi idarəsinin nümayəndəsi İqor Kirillovun bəyanatını şərh edərkən bildiriblər.
"Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriyası mövcud deyil. Odur ki, onların rekonstruksiyasından söhbət gedə bilməz", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, RF hərbi dairələrinin nümayəndələri bildirirlər ki, ABŞ bioloji silah işləmləri həyata keçirir və bəzi postsovet məkanı ölkələrindəki laboratoriyalarnda insanlar üzərində təcrübə aparır. Rusiyalı hərbçilər Azərbaycanda 8 belə laboratoriyanın olduğunu bildirirlər.-B06--
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz