Azərbaycanda təbiəti mühafizə qaydalarının pozulmasına görə cəza sərtləşdirilib
Bakı/05.10.18/Turan: Cümə günü Milli Məclisin iclasında deputatlar Cinayət Məcəlləsinə düzəlişləri qəbul ediblər. Düzəlişlər yerin təkinin qorunması və istifadə qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Hüquq siyasəti komitəsinin rəhbəri Əli Hüseynli bildirib ki, layihələndirmə, yerləşdirmə, tikinti, istismar və dağ-mədən müəssisələrinin istismarı zamanı, həmçinin faydalı qazıntıların olduğu yerlərdə özbaşına tikinti zamanı yerin təkinin qorunması və istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.
Belə ki, cərimələr 3-6 manatdan 6-10 min manatadək artırılıb və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər pozuntular ağır nəticələrə, insan ölümünə səbəb olarsa azadlıqdan məhrumetmə cəzası 5 ilədək artırıla bilər.-02D-
-
- Cəmiyyət
- 5 Oktyabr 2018 15:55
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz