Azərbaycan Norveçdəki səfirini geri çağırdı
Bakı/12.11.18/Turan: Azərbaycan İsveçdəki səfirini geri çağırıb. Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 11-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda yazılır ki, Adış Məmmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Sərəncamda səfirin geri çağırılmasının səbəbələörinə toxunulmur.
Norveç hökuməti ötən həftə Azərbaycandakı səfirliyini bağlayacağını açıqlayıb. Norveçin Xarici İşlər Nazirliyi başçısı İne Söreyde açıqlayıb ki, Azərbaycanla ölkəsi arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərməlidir.
Norveç, eyni zamanda, Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı açıqlayan İ.Söreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.
Norveç hökumətinin bu qərarına Azərbaycandan fərqli rəylər gəlib.--0--
Azərbaycan XİN səfirliyin bağlanılmasına təəssüfləndiyini ifadə edib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev isə deyib ki, "bu, bizdə hər hansı təəssüf doğurmur".
-
- Sual-cavab
- 12 Noyabr 2018 18:03
-
- Siyasət
- 12 Noyabr 2018 21:41
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz