Azərbaycan-Ukrayna sənədləri imzalanıb
Bakı/17.12.19/Turan: Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında danışıqlar başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi keçirilib.
Xüsusən, aşağıdakı sənədlər imzalanıb:
Odessa şəhəri (Ukrayna) və Gəncə şəhəri (Azərbaycan Respublikası) arasında Niyyət Protokolu;
Truskavets şəhəri (Ukrayna) və Quba şəhəri (Azərbaycan Respublikası) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə;
Ukrayna Dövlət Tənzimləmə Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında saziş;
Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Saziş. -06D-
-
- Söz istəyirəm
- 17 Dekabr 2019 14:06
-
- İqtisadiyyat
- 17 Dekabr 2019 14:37
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz