1999-cu il dekabrın 17-də Nəcəf Nəcəfov dünyasını dəyişib. Gənc nəsil üçün bu ad heç nə ifadə etmir. Baxmayaraq ki, nə isə ifadə edən adların heç də hamısı buna layiq deyil.
Maraqlıdır ki, faktiki olaraq müasir Azərbaycanda müstəqil jurnalistikanın banisi olan bu insanı bu gün çox az adam tanıyır.
Jurnalist Etikasının bir çox müddəalarını faktiki olaraq Nəcəf işləyib hazırlayıb, jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri də. Bu, sadəcə kağız üzərində əks olunan ideyalar və etiraz aksiyalarında iştirakdan ibarət deyildi, ölkənin ali rəhbərliyi tərəfindən real tədbirlərin görülməsinə nail olmaq qabiliyyəti idi.
20 və hətta 30 il əvvəlki jurnalistika standartları bugünkindən xeyli yüksək idi. Jurnalistlər yalan danışmağa, sifarişli yazı yazmağa ehtiyat edirdilər. Belə bir şey baş verdikdə isə “ləkə” uzun müddət təmizlənmirdi. Bəziləri o “ləkə”ni hələ də silə bilməyib.
Hazırki cəmiyyətdə həmin yüksək standartların əksəriyyəti yox olub, çox şey “satılır və alınır”. Şərəf və ləyaqət dəyərdən düşüb və bəzən bu anlayışlar həyatdan geri qalmaq, həyatı yoluna qoya bilməmək və ya uğursuz insanlara xas xüsusiyyətlər kimi qəbul edilir.
Son 20 ildə jurnalistikada təkcə standartlar deyil, avtoritetlər də dəyişib. Belə ki, bu gün jurnalist etikası barədə çox vaxt buna mənəvi hüququ olmayanlar danışır. 15 il əvvəl demokratiya barrikadasında dayananlar bu gün əks tərəfdədir və “yem təknələri”ni itirməmək üçün dəridən-qabıqdan çıxır.
Nəcəf belə bir şeyin mümkün olacağını təxmin edirdimi? Deyəsən, edirdi. Ömrünün sonuna yaxın o, belə bir söz dedi: "Bu ölkədə hələ 60 il heç nə dəyişməyəcək."
Bu, sadəcə onun qəlbinin hayqırtısı deyildi və bu qədər bədbin olsa da, irəliyə baxır, gələcəyi düşünürdü: "Biz bu gün getdik, amma, sabah qayıdacağıq". "Xalq, indi söydüyü demokratiyanı hələ yada salacaq!"
"Molodyoj Azerbaydjana" və "Azadlıq" qəzetlərinin redaksiyalarında Nəcəfin masasıında həmişə Redyar Kiplinqin "Vəsiyyət" şeri var idi. Bu əsər Nəcəfin özünün və onun kimi insanların həyat yolunun ən yaxşı səciyyəsidir. Masa üzərində olması onun bu şeiri dəfələrlə oxuduğunu yox, həm də belə bir taleyə hazır olduğunun göstəricisi idi.
-
- Siyasət
- 17 Dekabr 2019 14:18
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz