Azərbaycan və Aİ arasında nəqliyyat üzrə illik məsləhətləşmələrə dair razılıq əldə olunub
Bakı/30.01.18Turan: Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində illik məsləhətləşmələrin keçirilməsinə dair saziş əldə edilib. Bu barədə bu gün Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə direktoru Henrik Holoyen Azərbaycana səfərinin yekunları ilə bağlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında imzalanmış aviasiya sazişi ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
"Şadam ki, Azərbaycan rəhbərliyinin sazişin qarşılıqlı faydalı olacağı barədə aydın təsəvvürü var", - H.Holoyen bildirib.
O qeyd edib ki, bu məsələ üzrə iş davam edir. Qonaq Azərbaycanın nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində nailiyyətini vurğulayıb.
Belə ki, o, Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycanı nəqliyyat xabına çevirəcək strateji layihə adlandırıb.
H.Holoyenin sözlərinə görə, Aİ Avropa ilə Asiyanı birləşdirən regionda kommunikasiyadan istifadə etməyə çalışır. O, BTQ-nin effektivliyini qiymətləndirməyərək deyib ki, layihə iki aydır ki, işə düşüb və onun potensilalından hələ az istifadə edilib.
Aİ ekoloji təmizlik baxımından dəmir yolu daşınmalarının inkişafını alqışlayır. H.Holoyen nəqliyyatın rəqəmsallaşdırılmasına tərəfdar olan nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadənin barəsində xoş sözlər söyləyib.-71B06
Siyasət
-
ATƏT-in Minsk Qrupu və onunla bağlı institutlar ləğv edilməlidir, bu barədə cümə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
Rəy yaz