Хадиджа Исмайлова
Apellyasiya Məhkəməsi Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanı aradan qaldırmayıb
Bakı /30.01.18/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından imtina ilə bağlı şikayətinə baxıb. Qadağa X.İsmayılovanın şərti cəza çəkməsi ilə əsaslandırılıb.
O, üç dəfə məhkəməyə müraciət edərək qadağanın heç olmasa müvəqqəti aradan qaldırılmasını xahiş edib.
Jurnalist hesab edir ki, Binəqədi Rayon Məhkəməsi imtina etməklə yanaşı, həm də ona maddi ziyan vurub.
X.İsmayılova bir aylıq kursda dərs demək üçün Stokholm İqtisad Məktəbinə dəvət edilib və buna görə ona 12 min avro məbləğində qonorar verilməsi nəzərdə tutulub.
Məhkəmə prosesində jurnalist ona "Dürüst həyat tərzi" mükafatının verilməsi mərasiminə dəvət məktubunu təqdim edib. Ancaq hakim bunu da nəzərə almayıb.
"Bu məhkəmə qərarları təqsirsizlik prezumpsiyasını pozur. Yazırlar ki, ehtimal var ki, mən qayıtmayacam. Ancaq bunu söyləməyə heç bir əsas yoxdur", - X.İsmayılova vurğulayıb.
Əmir Bayramovun sədrliyilə məhkəmə heyəti onun vəsatətini təmin etməyərək Binəqədi məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qərarını qüvvədə saxlayıb.
Jurnalist Ali Məhkəməyə müraciət edəcək.
AİHM artıq X.İsmayılovanın şikayəti üzrə kommunikasiyaya başlayıb.
Hökumət yanvarın ortalarında AİHM-in suallarına cavab verməliydi, ancaq bir az vaxt istəyib.
X.İsmayılova 2015-ci ilin dekabrında həbs olunub və 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il il mayın 25-də Ali Məhkəmə beş il slnaq müddəti olmaqla cəzanı 3,5 ilədək yumşaldıb.
X.İsmayılova hakimiyyətin ali eşelonlarında korrupsiya faktlarına dair jurnalist araşdırmaları ilə tanınır.-06B--
-
- Cəmiyyət
- 30 Yanvar 2018 16:58
Cəmiyyət
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
Rəy yaz