Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti raundu
Bakı/24.04.19/Turan: Bakıda Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti raundu keçirilir.
Aprelin 23-də başlayan danışıqlarda Aİ nümayəndə heyətinə Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelis rəhbərlik edir.
Hazırki danışıqlarda ticarət məsələləri müzakirə olunur. Bu barədə Turan-a Aİ Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis bildirib.
Bundan öncə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, sənədlə bağlı məsələlərin 90 faizi artıq razılaşdırılıb.
Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini qeyd edib ki, saziş üzərində iş tamamlanmaq üzrədir. -06D--
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz