Redaktor BMCQMİ-yə çağırılıb
Bakı/24.04.19/Turan: az24saat.org saytının redaktoru Vüqar Ələkbərov (Qurdqanlı) DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.
V.Ələkbərov Turan-a bildirib ki, təxminən saat 16:45-də özünü BMCQMİ-nin əməkdaşı kimi təqdim edən Heydər adlı şəxs ona telefon edərək idarəyə dəvət edib. Rəsmi çağırış göndərilməsilə bağlı xahişə cavab olaraq bunun telefonoqram olduğunu deyib, ancaq sonradan jurnalistin yaşayış yerinə çağırış vərəqəsi göndərməyə razı olub. O, polisə çağırılmanın səbəblərini açıqlamayıb, ancaq onu deyib ki, hansısa şikayət var.
V.Ələkbərov güman edir ki, BMCQMİ-yə çağırılması "Meydan" TV-nin saytında dərc olunmuş "Polis çörəyi və ya "Usubovların "Meyvəli" biznesi" adlı yazının təkrar çapı ilə əlaqədar ola bilər. Həmin məqalənin dərcindən sonra bir neçə dəfə hədə dolu mesay almışam, ancaq düşünmürdüm ki, bu, polisə çağırılmama səbəb ola bilər", - redaktor deyib.
Qeyd edək ki, ötən ilin avqustunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında Səbayel Rayon Məhkəməsinin qərarı ilə az24saat.org saytı Azərbaycan ərazisində bloklanmışdı.
Bundan öncə məhkəmənin qərarı ilə meydan.tv, "Azadlıq" radiosu və "Azadlıq" qəzetinin saytları Azərbaycan ərazisində bloklanıb.-0-
-
- Siyasət
- 24 Aprel 2019 17:23
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz