Azərbaycan və Ermənistan XİN başçıları 4 saat söhbət ediblər
Bakı/12.07.18/Turan: Dünən Brüsseldə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü keçirilib. Görüş 4 saata yaxın davam edib, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Bundan başqa, Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə ayrılıqda görüşüb.
Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi müzakirə edilib və "mövcud danışıqlar formatının" davam etdirildiyi qeyd edilib", deyə Hacıyev bildirib.
Həmçinin danışıqlar prosesinin təşviqi üzrə növbəti addımlar və həmsədrlərin hərəkət planı haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu, bu ilin mayında Ermənistan hakimiyyəti dəyişdikdən sonra Azərbaycan və Ermənistan XİN başçılarının ilk görüşüdür. -06D-
-
- Bazarların icmalı
- 12 İyul 2018 10:53
-
- Cəmiyyət
- 12 İyul 2018 11:35
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz