Bank Respublika ipoeka kreditləşməsini aktiv şəkildə artırır.
Bakı, 11 iyul 2018.Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.Hal-hazırda bank ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini qoruyub saxlayır və bu istiqaməti fəal inkişaf etdirir.
2018-ci ilin 6 ayının yekunları üzrə Bank 6 mln. manat məbləğində 71 ipoteka krediti verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Bununla bərabər ipoteka portfeli 22% artaraq 34 mln. manat təşkil edib.
"Bu göstərici, ipoteka kreditləşməsi prosesində iştirak edən Bankın hər bir işçisinin səmərəli işinin nəticəsidir. İpoteka bank biznesinin pərakəndə seqmentində mühüm istiqamətlərdən biri sayılır.Biz müştərilərin ehtiyaclarını yaxşı bilirik və onları kreditlə ev almaq üçün ən cəlbedici şərtlərlə təmin etməyə hazırıq.İpoteka krediti müştəri ilə bank arasında uzunmüddətli qarşılıqlı əlaqələri nəzərdə tutur, buna görə də müştəriyə tariflər üzrə əlverişli şəraitlə yanaşı yüksək keyfiyyətixidmətin təklif edilməsi xüsusilə vacibdir" - deyə bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.
Bank Respublika müştərilərinə əlverişli şərtlərlə ipoteka krediti almaq imkanı verir. Mənzil almaq istəyənlər mənzil qiymətinin ilkin ödənişinin 25% -ni ödədikdə, 150 min manata qədər kredit ala biləcəklər. İpoteka kreditləri 7% -dən başlayan illik faiz dərəcəsi ilə verilir.
Qeyd edək ki, Bank Respublika Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli banklarından biridir. İpoteka kreditləri bankın bütün filiallarında verilir.
Bankın ipoteka kreditinin üstünlüklərindən biri də Mobil Şöbə və İnternet Şöbə xidmətlərindən pulsuz istifadədir. Bu xidmətlər sayəsində asanlıqla və banka gəlmədən ipoteka kreditini ödəyə bilərsiniz. Avtomatik ödəniş xidməti eyni zamanda ödəmənin hər ay xatırlanması zərurətini aradan qaldıracaq, lakin ödəmənin təyin edilmiş məbləğə və ödəniş tarixinə uyğun olaraq avtomatik olaraq ödənilməsini təmin edəcəkdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
Cəmiyyət
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
Rəy yaz