
Azərbaycan və Gürcüstan arasında sərhəd aprelin 20-dək bağlı olacaq
Bakı/24.03.20/Turan: Azərbaycan və Gürcüstan arasında sərhəddin bağlanma müddəti bir ay aprelin 20-dək uzadılıb. Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat qərargahının məlumatında bildirilib.
Təhlükəsizliyi təmin etmək və vətəndaşları koronavirusdan qorumaq məqsədilə sərhəd 2020-ci il martın 13-də bağlanmışdı. Sərhəddin bağlanma müddətinin uzadılması virusun yayılmasının davam etməsi ilə əlaqədardır.-02D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz