Fuad Qəhrəmanlını kim hədələyir?
Bakı/23.03.20/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Qəhrəmanlı ünvanına gələn hədələrlə bağlı Azərbaycan DİN başçısına və baş prokuroruna müraciət edib.
Xüsusən, o, WhatsApp-na hədə-qorxu xarakterli mesajlar gəldiyini, siyasi fəaliyyətinə son qoymaq, sosial şəbəkələrdə yazmamaq tələb edildiyini, əks halda "sümüklərini qıracaqları", "onun üçün pis olacağı" ilə hədələndiyini bildirir.
"Əvvəlcə fikir verməsəm də, bu təhdidlər davamlı xarakter aldığı üçün ictimailəşdirmək və hüquq mühafizə orqanlarına müracət etmək qərarına gəldim. Hesab edirəm ki, həyatım üçün real təhlükə var və buna görə hüquq mühafizə orqanlarından müvafiq tədbirlər görməyi tələb edirəm. Buradan bir daha bəyan edirəm ki, heç bir təhdid, hədə qorxu və təzyiq məni tutduğum mübarizə yolundan döndərə bilməz. Bu çirkin işi təşkil edənlər bilsinlər ki, həyatımı xalqımızın azadlığı, demokratiyaya qovuşması uğrunda mübarizəyə qurban verməyə hər an hazıram və boşuna uğraşmasınlar", deyə Qəhrəmanlı öz Facebook səhifəsində yazıb.
Qəhrəmanlı ona hədə-qorxu mesajları yazılan 4 telefon nömrəsi dərc edib.
Prefikslərinə görə onlardan ikisi Minnesota ştatına, biri İllinoys, biri isə Kaliforniya ştatına aiddir. -06D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz