Azərbaycan və RF DİN-in birgə əməliyyatı - 70-ə yaxın insan saxlanılıb
Bakı/29.11.19/Turan: Azərbaycan və Rusiya hüquq-mühafizə orqanlarının "Sərhəd" şərti adı altında noyabrın 18-23-də həyata keçirdikləri birgə əməliyyat zamanı 69 nəfər saxlanılıb.
Əməliyyat Dağıstanın sərhədyanı bölgələrini və Azərbaycanın Rusiya ilə həmsərhəd şimal rayonlarını əhatə edib. Saxlanılan şəxslər müxtəlif cinayətlərin törədilməsinə görə axtarışda idilər, bu barədə DİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Əməliyyat zamanı doqquz avtomat, iki qumbaraatan, bir 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.
Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.
Gələcəkdə də belə birgə əməliyyatlar keçiriləcək, deyə məlumatda bildirilir. -06D-
-
- İqtisadiyyat
- 29 Noyabr 2019 14:28
-
- Maliyyə
- 29 Noyabr 2019 15:15
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz