Azərbaycan və Rusiya arasında 16 sənəd imzalanıb
Bakı/01.09.18/Turan: Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin danışıqlarının yekunlarına görə 16 sənəd imzalanıb. RF prezidentinin mətbuat xidmətinin məlumatına görə, aşağıdakı sənədlər imzalanıb:
1. Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı.
2. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı.
3. Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi").
4. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş.
5. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş.
6. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş.
7. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında elektrik ötürücü xətlər və boru kəməri nəqliyyatı ilə daşınan mallara gömrük nəzarəti haqqında saziş.
8. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş.
9. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında saziş.
10. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum.
11. Malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol.
12. Rusiya Federasiyasından ixracın QPB Bank (SC) tərəfindən dəstəklənməsi sahəsində layihələrin birgə həyata keçirilməsi çərçivəsində SOCAR, "RES" SC və QPB Bank (SC) arasında strateji əməkdaşlıq haqqında saziş.
13. "QAZ Avtomobil zavodu" və "Azərmaş" ASC arasında Azərbaycanda QAZ ticari avtomobillərinin yığım istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında saziş.
14. Qoşadaş blokunun və Xəzər Dənizinin dibinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının azsulu şimal hissəsinin neft və qaz potensialının birgə araşdırılması haqqında saziş.
15. "Rosneft" NŞ İSC və SOCAR Trading S.A. arasında müqavilə.
16. "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" səhmdar cəmiyyəti və "Azərbaycan Respublikası kiçik və orta sahibkalığın inkişafı Agentliyi" publik hüquqi şəxsi arasında Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planı ("yol xəritəsi"). -06D-
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Rəy yaz