Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəkləyir
Bakı/17.12.19/Turan: Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləyir. Bu barədə bu gün iki ölkənin prezidentləri - İlham Əliyev və Vladimir Zelenski Bakıda ikitərəfli danışıqlardan sonra keçirilən brifinqdə bildiriblər.
Əsasən V.Zelenski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. “Biz həmçinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, - Ukrayna prezidenti deyib.
Onun sözlərinə görə, Ukrayna “böyük birgə layihələr”in həyata keçirilməsi üçün Azərbaycan biznesi ilə daha sıx əməkdaşlıqda maraqlıdır.
O, Azərbaycanın mobil rabitə operatoru “Bakcell”in “Vodafon Ukrayna” şirkətini alması ilə bağlı razılaşmanı əməkdaşlığa yaxşı nümunə adlandırıb.
Kiyev Ukrayna bazarında fəaliyyət göstərən Azərbaycanın SOCAR dövlət neft şirkətinə də dəstək vermək niyyətindədir.
Ukrayna “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyir. V.Zelenskinin sözlərinə görə, tərəflər onun genişlənməsi imkanlarının öyrənilməsi barədə razılığa gəliblər.
“Bu, çox vacib amildir - Avropa istehlakçılarına qaz nəqlinin diversifikasiyası. Bundan əlavə, ölkələrimizin unikal tranzit potensialı və infrastrukturdan tam istifadə olunmalıdır”, - o deyib.
V.Zelenskinin sözlərinə görə, Ukrayna və Azərbaycan qarşılıqlı aviasiya, avtomobil və dəmir yolu daşımalarını intensivləşdirmək niyyətindədir, həmçinin kosmik və aviasiya sahələrində layihələrin həyata keçirilməsində maraqlıdırlar.
2020-ci ilin yanvarında Kiyevdə ikitərəfli hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bundan sonra konkret layihələr hazırlanacaq.
V.Zelenski İ.Əliyevi Ukraynaya səfərə dəvət edib.
Öz növbəsində İ.Əliyev qeyd edib ki, ikitərəfli gündəlik genişdir və V.Zelenskinin səfəri əməkdaşlığın inkişafına güclü təkan verəcək. “Biz bir çox məsələni müzakirə etdik: qarşılıqlı əmtəə dövriyyəsinin artırılması, energetika, nəqliyyat.
Qarşılıqlı investisiyalara böyük maraq var. Əminəm ki, bu gün Azərbaycan-Ukrayna biznes forumu işgüzar dairələrin əlaqələrinə müsbət təsir göstərəcək”, - Azərbaycan prezidenti vurğulayıb. -06D-
-
- Cəmiyyət
- 17 Dekabr 2019 17:13
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz