“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanda hakimiyyətin KİV-ə nəzarəti barədə
Bakı/17.12.19/Turan: Dekabrın 17-də “Sərhədsiz reportyorlar” təşkilatı illik hesabatını açıqlayıb.
Bu il dünyada jurnalistlərin öldürülməsində sayca azalma olsa da, həbs olunanların sayı artıb.
Belə ki, bu il dünyada 49 jurnalist öldürülüb, 389 nəfər həbsdədir, 57-i girov götürülüb. Jurnalistika təhlükəli peşə olaraq qalır.
Son 20 ildə orta hesabla 20 jurnalist həlak olub.
2019-ci ildə Suriya, Yəmən, Əfqanıstanda 17 jurnalist öldürülüb.
Həbs olunan jurnalistlərin sayı 12% artıb. Bu jurnalistlərin yarısı Çin, Misir və Səudiyyə Ərəbistanının payına düşür.
Rusiya və Türkiyədə tənqidçi jurnalistlərin təqib edilməsi görünməmiş miqyasa çatıb.
Azərbaycan, Belarus və Mərkəzi Asiyada hökumət xəbər və məlumatlara nəzarəti artırmaqda davam edir.
Azərbaycanlı jurnalistlər sırasında araşdırmaçı jurnalist Əfqan Muxtarlının adı çəkilir. Onun diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkdiyi, özünə və vəkilinə münasibətə etiraz olaraq sentyabrda aclıq aksiyası keçirdiyi vurğulanır.
“Səhhəti ilə əlaqədar o, aclıq aksiyasını uzun müddət davam etdirə bilmədi və hazırda normal tibbi xidmətə çıxışı yoxdur”, - “Sərhədsiz reportyorlar” qeyd edir. 16D-
-
- İqtisadiyyat
- 17 Dekabr 2019 16:42
-
- Siyasət
- 17 Dekabr 2019 16:56
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz