официальный представитель МИД Азербайджана Лейла Абдуллаева
Azərbaycan XİN Ermənistan baş nazirinin son bəyanatı barədə
Bakı/13.02.19/Turan: "Məsələ Azərbaycanın "aqressiv ritorika"sında yox, Ermənistanın aqressiv hərəkətlərindədir", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın "Azərbaycan "aqressiv ritorika" tətbiq edir, əhalini sülhə yox, müharibəyə hazırlayır" bəyanatını şərh edərkən deyib.
Öz ərazilərinin 20%-nin işğal altında olmasına, bir milyon məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan münaqişənin dinc nizamlanması üçün Ermənistanla danışıqlar aparır.
"Münaqişənin nizamlanması regiona sülh və inkişaf gətirəcək. Ermənistanın baş naziri bunu nə qədər tez başa düşsə, nizamlanmadan onun ölkəsinə konkret hansı faydanın olacağını anlasa, Ermənistan əhalisinə vəd etdiyi "iqtisadi inqilab"ı daha tez reallaşdıra bilər", -L.Abdullayeva bildirib.
O, Ermənistnın baş nazirini öz bəyanatları ilə vəziyyəti gərginləşdirməməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatlarında deyildiyi kimi, danışıqlar üçün zəmin yaratmağa çağırıb.
"Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət orada yaşayan erməni icmasının üzvlərini Azərbaycan vətəndaşları kimi tanıyır", - L.Abdullayeva vurğulayıb.-06D-
-
- Cəmiyyət
- 13 Fevral 2019 15:23
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz