Хикмет Гаджиев
Bakı Norveç səfirliyinin işinin dayandırılmasına təəssüf etmir
Bakı/12.11.18/Turan: Norveçin Bakıdakı səfirliyinin fəaliyyətinin dayandırılması adi haldır və təəssüf hissi doğurmur. Bu fikir ölkənin prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri səlahiyyətlərini icra edən Hikmət Hacızadənin şərhində ifadə olunub.
"İstənilən ölkə xaricdə səfirliyinin açılması və ya bağlanması haqqında qərarı öz maraqlarından irəli gələrək qəbul edir. Norveç səfirliyinin fəaliyyətinin dayandırılması bu ölkə hökumətinin şəxsi işidir. Bu, adi haldır və bizdə təəssüf hissi doğurmur", deyə Hacıyev bildirib.
Daha sonra Hacıyev Norveçin Azərbaycandakı səfirliyinin və bu ölkənin keçmiş səfiri Steynar Gilin fəaliyyətini tənqid edib.
Ötən illərdə Azərbaycanda Norveçin səfiri vəzifəsində işləyən Steynar Gil diplomatik protokol qaydalarına zidd fəaliyyət göstərib, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozub, o, Azərbaycan və Norveç arasında əlaqələrə böyük zərbə vurub və Azərbaycanın daxili işlərinə qarışmağa çalışıb.
İkitərəfli məsələlərlə məşğul olmaq yerinə, o, müxtəlif mitinqlərdə iştirak edib və digər qeyri-qanuni fəaliyyətlər həyata keçirib, deyə Hacıyev qeyd edib. "Bu, Azərbaycan hökumətinin Gilin ölkədən çıxarılması məsələsinin müzakirəsinə başlamasına gətirib çıxarıb. Nəticədə Norveç hökuməti onu vaxtından əvvəl geri çağırıb", deyə Hacıyev qeyd edib.
Qeyd edək ki, rəsmi Bakı nümayəndəsinin bu şərhi hakimiyyətin kifayət qədər yumşaq olan ilk reaksiyasından xeyli sərtdir. Belə ki, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva dünən sadəcə olaraq Norveç hökumətinin Bakıdakı səfirliyi bağlamaq qərarı ilə bağlı təəssüfünü bildirib. -02D-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz