Bakı Parisə dərs vermək qərarına gəlib
Bakı/10.01.19/Turan: Azərbaycan XİN Fransa XİN nümayəndəsinin bloger Mehman Hüseynovun azad edilməsi zərurəti haqqında dediklərinə və ATƏT-in mətbuat üzrə nümayəndəsi Arlem Dezirin bənzər məzmunlu məktubuna ağır cavab verib.
İradlara cavab vermək yerinə, Azərbaycan XİN Parisi Fransada nümayişçilərə qarşı zorakılıq faktlarına cavab verməyə çağırıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın sözlərinə görə, Fransanı "sarı jiletlilər" aksiyaları bürüdüyü halda Mehman Hüseynovun məsələsini şərh etmək gülüncdür.
"Bu ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanılıb. Azərbaycan Fransada saxlanılan nümayişçilərə qarşı ittihamların aradan qaldırılacağına və onların tezliklə azad ediləcəyinə ümid edir", deyə o bildirib.
Onun sözlərinə görə, Fransa çoxdan ermənipərəst mövqe tutur və bu, Azərbaycana qarşı təzyiq kimi qəbul edilə bilər.
Fransa vətəndaşı Arlem Dezir Fransa XİN-in dövlət katibi vəzifəsini tutarkən və Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olarkən Azərbaycanda ermənipərəst mövqeyə malik şəxs kimi tanınırdı. Görünür, Dezir qərəzsizlik prinsipini unudaraq, təmsil etdiyi ölkənin mövqeyindən çıxış etməyə üstünlük verib. Buna görə onun ölkəsində nümayişçilərə qarşı şiddəti qiymətləndirməsini tövsiyə etmək olar, deyə Abdullayeva bildirib.
Qeyd edək ki, bundan əvvəl XİN daha diplomatik şəkildə və daha məntiqli cavab verirdi.
Bu bəyanatdan belə çıxır ki, Bakı Parisdə saxlanılan 4500 nümayişçinin taleyindən Parisin Mehman Hüseynovun taleyinə toxunmasından sonra narahat olmağa başlayıb.
Bundan başqa, rəsmi Bakı öz vətəndaşlarına qarşı zorakılıq hallarına sabitliyin və nizam-intizamın qorunması zərurəti ilə bəraət qazandırır.-02D-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz