Cocuq Mərcanlıda �Azercell hər evə gəldi�
Azercell-in Mobil Müştəri Xidmətləri Cocuq Mərcanlı qəsəbəsinə səfər edib
Ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən "Azercell Telekom" MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib. Belə ki, Azercell-in Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib.
Səfər zamanı Azercell tərəfindən abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. "Azercell hər evə gəldi" kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə verilib. Onu da vurğulayaq ki, Azercell yeni abunəçilərə 100 şəbəkədaxili dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib: 1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket.
Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə Azercell tərəfindən zəruri işlər görülmüşdür.
Qeyd edək ki, 2018-ci il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca Azercell 4G istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Beləki, 2018-ci il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı abunəçilər 42 bölgədə 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb.
Məlumat üçün bildirək ki, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz