Rasim Quliyev
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri özünün təqsirkar bilmir
Bakı/24.08.21/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə prokuror ittiham aktını elan edib.
Quliyev 2018-ci ilin may ayında Dilara Əliyeva küçəsi 141 ünvanında 1893-cü ildə tikilmiş bir evin - memarlıq abidəsinin sökülməsinə qanunsuz icazə verməkdə ittiham olunur. Ona 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2 (torpaq sahələrinin ayrılması və ya qanunla müəyyən edilmiş qaydaları pozaraq tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verilməsi) maddələri ilə ittiham irəli sürülüb. Quliyevi 8 ilədək həbs cəzası gözləyir.
İclasda keçmiş məmur özünü təqsirli bilməyib. O, memarlıq abidəsinin tarixi dəyəri barədə ona məlumat verilmədiyini və müvafiq xidmətlərin rəyi əsasında bir əmr imzaladığını söylədi. Quliyevin sözlərinə görə, tikintiyə baş memar Akif Abdullayev tərəfindən müsbət cavab verilib. Bundan əlavə, Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tikinti işlərinə icazə verib, deyə Quliyev davam edib.
2017-ci ilin sentyabr ayında Quliyevə mer müavini vəzifələri həvalə edilib.
Bundan sonra, 21 aprel 2018-ci ildə Hacıbala Abutalıbov Baş nazirin müavini olub, Quliyev əslində Bakı İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətə başlayıb. O qeyd edib ki, bu məsələlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə şifahi şəkildə razılaşdırılıb.
"Bu razılaşmanı o vaxtkı mer Hacıbala Abutalıbovla olub", - deyə Quliyev qeyd edib. —21В06-
-
- İqtisadiyyat
- 24 Avqust 2021 12:37
-
- Cəmiyyət
- 24 Avqust 2021 13:36
Siyasət
-
Bu gün daha 32 ailə, cəmi 153 nəfər Cəbrayıla qayıdıb, yanvarın 16-da Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib. Cəbrayıl rayonuna 1487 nəfər (358 ailə) qayıdıb.
-
Yanvarın 16-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıya rəsmi səfərə gəlib, yanvarın 17-də isə Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıya gələcək, “Exo Kavkaza” hökumət mənbələrinə istinadən bildirib.
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.
-
Çərşənbə günü Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 229
Rəy yaz