Aprelin 14-də “Azal” dövlət aviadaşıyıcısı Bakıdan Təl-Əvivə və əks istiqamətdə uçuşları dayandırıb. Bu, İranın raket hücumlarına görə İsrailin hava məkanının bağlanması ilə bağlıdır.
Eyni zamanda İranın hava məkanından keçən Bakı-İslamabad, Bakı-Dubay və Bakı-Dehli reysləri də dayandırılıb.
Uçuşların bərpası vaxtı regionda vəziyyətin normallaşmasından asılı olacaq.
Rəy yaz