![премьер-министр Армении Никол Пашинян](https://turan.az/resized/media/2019/main/040100017841-750-500-resize.webp)
премьер-министр Армении Никол Пашинян
Bakının şərhləri düzgün deyil - Paşinyan
Bakı/01.04.19/Turan: Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində yeni vəziyyət yaranıb. Bu barədə facebook-da canlı yayımda Ermənistanın baş naziri Nikol Paşinyan Vyanada Azərbaycan prezidenti ilə görüşünü şərh edərkən bildirib.
"Ölkə liderlərinin bir neçə saat görüş keçirib, daha sonra tamamən zidd şərhlər verməsi çox qəribədir", deyə Ermənistan KİV-ləri Paşinyandan sitat gətirir.
Onun sözlərinə görə, Vyanada Ermənistan və Dağlıq Qarabağ təhlükəsizlik şuralarının iclasında dedikləri barədə - yəni Qarabağın danışıqlarda bilavasitə iştirakı haqqında danışıb.
"Son vaxtlar Bakıda həmsədrlərin birgə bəyanatlarının çərçivələrini aşan şərhlər səslənir. Bu məqsədlə o, müəyyən aydınlıq gətirmək istəyir. "Biz Vyanaya Stepanakertin danışıqlara qaytarılması gündəliyi ilə getdik. Və bu, formatın dəyişdirilməsi və ya ilkin şərt deyil, sadəcə olaraq danışıqları daha səmərəli etmək cəhdidir. Azərbaycan deyir ki, format dəyişməz olaraq qalıb. Bu, razılaşdığınız məntiq çərçivəsində düzgün deyil", deyə Paşinyan bildirib.
"Vyanada tərəflər razılığa gəlməyiblər, amma biz hələ bu mövzuya qayıdacağıq", deyə o, sözünə davam edib.
Vyanada görüşdə Madrid prinsiplərinin şərhi məsələsi də qaldırılıb. Hazırki mərhələdə Ermənistan tərəfi onu maraqlandıran bütün suallara cavab alıb. -02D-
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz