Мирослав Лайчак
ATƏT sədri Əliyev-Paşinyanın görüşünün yekunları haqqında
Bakı/01.04.19/Turan: ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Endryu Şofer dünən ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya XİN başçısı Miroslav Layçaka martın 29-da Vyanada keçirilmiş Əliyev-Paşinyan görüşünün yekunları barədə məlumat verib.
ATƏT-in məlumatında deyilir ki, sədr konstruktiv danışıqlar mühitini və liderlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışı üzrə gələcək, hiss olunan addımlar atmaq cəhdini alqışlayıb.
"Biz əvvəlki kimi bu prosesi və liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə və humanitar sahədə tədbirlər görülməsinə sadiqliyini müsbət qiymətləndiririk və tamamilə dəstəkləyirik", deyə Layçak bildirib. -02D-
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz