![Erdoğanın partiyası Ankarada və İstanbulda seçkilərdə qalib gələ bilmədi](https://turan.az/resized/media/2019/main/040100017839-750-500-resize.webp)
Erdoğanın partiyası Ankarada və İstanbulda seçkilərdə qalib gələ bilmədi
Bakı/01.04.19/Turan: Türkiyənin böyük şəhərlərində bələdiyyə seçkilərində Erdoğanın tərəfdarları qalib gələ bilməyib. Erdoğanın özünün hakim Ədalət və İnkişaf Partiyasının "böyük fərqlə" qalib gəldiyi haqqında bəyanatlarına baxmayaraq, o, 2000-ci illərin əvvəllərindən etibarən ilk dəfə ölkənin paytaxtı Ankara və ən böyük şəhəri - İstanbul üzərində nəzarəti itirir.
İstanbulda səslərin sayılması davam edir, amma ilkin məlumatlara görə, Cümhuriyyət Xalq Partiyasının namizədi Ekrem İmamoğlu keçmiş baş nazir Binali Yıldırımdan 28 min səs irəlidədir.
Tvitterdə reklam haqqında məlumat və məxfilik
Ankarada müxalifətin namizədi böyük fərqlə qələbə qazanıb.
Həmçinin, İzmir, Antalya, Mersin, Tekirdağ və bir sıra digər şəhərlərdə müxalifətçilər qalib gəlib.
Bəzi müşahidəçilər keçirilmiş bələdiyyə seçkilərini Erdoğanın özünün İstanbul meri seçildiyi 1994-cü illə müqayisə oluna biləcək dönüş nöqtəsi adlandırırlar. Onun hakimiyyət yolu bu seçkilərlə başlamışdı və artıq 16 ildir baş nazir və prezident qismində hakimiyyət onun əlindədir.
Amma digər şərhçilər bütün ölkə miqyasında Ədalət və İnkişaf Partiyasının artıq 45%-ə yaxın səs çoxluğu aldığını və bələdiyyələrin əksəriyyətinə nəzarət etdiyini qeyd edirlər.
Türkiyənin cənub-şərqində bir sıra kürd rayonlarında kürdpərəst Xalq Demokratik Partiyası qalib gələrək, iki il əvvəl itirdi mövqelərini qaytarıb. -02D-
Siyasət
-
Gənc talış tədqiqatçısı İqbal Əbilovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Turana onun vəkili Fariz Namazlı bildirib.
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
Rəy yaz