Bələdiyyə seçkilərində 42 min namizəd qeydə alınıb
Bakı/30.11.19/Turan: Bələdiyyə seçkiləri üzrə namiizədlərin qeydə alınması mərhələsi başa çatıb. 1606 bələdiyyədə 15156 yerə 42 mindən çox namizəd qeydə alınıb. Onların arasında 13 partiyanın nümayəndələri var: Yeni Azərbaycan, Azərbaycan Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokrat Maarifçilik, Azərbaycan Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Azərbaycan Respublikaçılar partiyaları.
Aparıcı müxalifət partiyaları AXCP və Müsavat ölkədə demokratik seçkilər üçün şəraitin olmadığını və yerli özünüidarəetmənin səlahiyyətlərinin məhdudlaşdırıldığını əsas gətirərək seçkilərdə iştirakdan imtina ediblər.
Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib.–05B06-
-
- Söz istəyirəm
- 30 Noyabr 2019 13:27
-
- Siyasət
- 30 Noyabr 2019 13:55
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz