Bakı/30.11.19/Turan: Son günlərin mübaliğəsiz inqilabi qərarları avtomatik olaraq bir sual doğurdu: sonra nə olacaq? Bu, sadəcə, kadrların yerdəyişməsi və rotasiyasıdır, yoxsa dövlət quruculuğunda yeni mərhələ və artıq real islahatlar deməkdir?
Skeptiklər deyirlər ki, kadrların dəyişdirilməsi, hətta Ramiz Mehdiyev və Əli Həsənov kimi şəxslərin vəzifədən çıxarılması ölkədə ədalətin və azadlığın bərqərar olacağına zəmanət vermir.
Bununla belə, hakimiyyətə yaxın mənbələr deyirlər ki, ilk növbədə Əli Həsənov mirasının - uzun illərdir onun göstərişi ilə ayrılan qrantları yeyən kiçiktirajlı qəzetlər, lazımsız hökumətyönlü təşkilatlar və digər ictimai qurumlar şəklində nəhəng ideoloji “holdinq”in təmizlənməsini gözləmək lazımdır.
Mətbuat Şurası, bəzi televiziya kanalları, ilk növbədə Ə.Həsənovun oğluna məxsus “Xəzər” telekanalı təmizlənməlidir. KİV-ə Dövlət Dəstəyi Fondunda kadr dəyişikliyi olmaldır.
Bütün bu qurumların ölkənin keçmiş baş ideoloqunun nəzarətindən çıxması hələ onların sağlamlaşdırılması demək deyil. Özgəfikirlilər və rəsmi mövqe ilə razılaşmayanlar arasında düşmən axtarışı ilə bağlı əvvəlki kurs qalarsa, heç nə dəyişməyəcək. Ancaq ən başlıcası heç bu da deyil.
Nə qədər ki ölkə ideologiyası nifrət təbliğatına əsaslanacaq, TV ekranlarında yalan axacaq, İnternetdə şəxsi yazışmalar və yataq səhnələri yayılacaq, hökumətyönlü jurnalistlər arasındakı xunveybinlər mətbuat konfranslarında beynəlxalq müşahidəçilərə hücum edəcəklər sağlamlaşdırmadan danışmaq olmaz.
Vəziyyət o zaman dəyişəcək ki, mətbuatda alçaqlığa görə pul verməyəcəklər, Əli Həsənov kimilər bütün “vicdanlı azərbaycanlıları Rüstəm İbrahimbəyovun xəyanətini pisləməyə” çağırmaq cəsarətini özündə tapmayacaq.
Bütün bunlar mümkünmü?
-
- Foto sessiyalar
- 30 Noyabr 2019 13:00
-
- Siyasət
- 30 Noyabr 2019 13:47
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz