![Berlin Azərbaycandan qaz nəqlinə kredit ayırır](https://turan.az/resized/media/2018/main/030600008238-750-500-resize.webp)
Berlin Azərbaycandan qaz nəqlinə kredit ayırır
Bakı/06.03.18/Turan: Almaniya hökuməti Azərbaycandan qaz nəqlinin təminatı məqsədilə dövlət müəssisəsinə (SOCAR) böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətindədir.
Bu barədə martın 6-da dpa agentliyi AFR Maliyyə Nazirliyinin nümayəndəsi Yens Şpanın məktubuna istinadən bildirib. O, məktubu Bundestaqın Büdcə Komitəsinə göndərib.
Kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir. "Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır", - dpa Y.Şpanın məktubundan sitat gətirib.
Hələ 2013-cü ildə E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə bağlayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr "mavi yanacaq" almasını nəzərdə tutur.-02D-
-
- Cəmiyyət
- 6 Mart 2018 11:14
-
- İqtisadiyyat
- 6 Mart 2018 11:32
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz