Antony Blinken
Blinken "real addımlar”a görə Bayramov və Mirzoyanı tərifləyib
Vaşinqton/08.11.22/Turan: Bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken “Nyu-Yorkda başlanmış və komandalar arasındakı sonrakı söhbətlər zamanı çox məhsuldar müzakirələrin” davam etdirilməsi üçün Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib.
Blair House – Vaşinqtonda Ağ Evlə üzbəüz yerləşən tarixi malikanə dövlət katibinin nazirlərlə görüş yeri kimi seçilib, Turan-ın Amerikadakı müxbiri bildirib.
Blinkenin yanında Qafqaz danışıqları üzrə baş məsləhətçi Fil Riker, dövlət katibinin köməkçisi Karen Donfrid və müavini Erika Olson əyləşiblər.
Dövlət katibi açılış bəyanatında keçmişi geridə qoyaraq davamlı sülhə nail olmaq uğrunda çalışmaq üçün “real və cəsarətli addımlar” atdıqlarına görə Ermənistan və Azərbaycanı tərifləyib.
“ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində mühüm məqam oldu”, - o qeyd edib.
“Dağlıq Qarabağ üzərində 30 ildən çox davam edən münaqişənin böyük insan və maddi xərclərlə - itkilərlə, dərin izlərlə nəticələndiyini söyləmək də ədalətli hesab edirəm. Amma indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoyması və davamlı sülhə doğru çalışması üçün atdığı real və cəsarətli addımlardır”, - Blinken bildirib.
“Düşünürəm ki, Dağlıq Qarabağ ətrafında 30 ildən çox davam edən münaqişənin böyük insan və maddi itkilərlə - itirilmiş həyatlar, dərin izlərlə nəticələndiyini söyləmək ədalətli olardı. Amma indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaqdan ötrü çalışmaq üçün atdığı real və cəsarətli addımlardır”, - Blinken deyib.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın dostu kimi bu səylərdə sizə dəstək olmaq, bacardığımız qədər kömək etmək üçün əlindən gələni etməyə sadiqdir”, - o vurğulayıb.
Sonra görüş bağlı qapılar arxasında davam edib. Görüş başa çatdıqdan sonra Dövlət Departamentinin hesabat dərc edəcəyi gözlənilsə də, nəticələr açıqlanmayıb.
Turan-a bir neçə mənbədən məlum olub ki, nazirlər danışıqları noyabrın sonu-dekabrın əvvəlində, çox güman ki, Polşanın Lodz şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində davam etdirməyə razılaşıblar. 25B
Siyasət
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
-
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 141-ci doğum günüdür. Bu gün Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın fəalları Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə anım tədbirləri keçiriblər.
Rəy yaz