Ned Price
Ned Prays: “Putin Ukraynada müharibəni qızışdırmağa davam edir”
Vaşinqton/08.11.22/Turan: Bazar ertəsi ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynada müharibəni qızışdırmaqda və münaqişəni dayandırmaq əvəzinə danışıqları uzatmaqda ittiham edib, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.
Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə bildirib ki, Kreml Ukraynada müharibəyə son qoyulması ilə bağlı əks addımlar atır.
“Əgər Rusiya danışıqlara hazırdırsa, infrastrukturu raketlərlə bombalamağı dayandırmalı, Ukraynanın mülki əhalisinə qarşı hücumları və qətliamları dayandırmalıdır”, - o deyib.
Turan-ın “Vaşinqton Putinlə danışıqlar üçün Ukraynaya təzyiq edibmi?” sualına Prays cavab verib ki, müharibəni dayandırmaq üçün Ukraynaya heç bir təzyiq lazım deyil.
“Ukrayna xalqından daha çox əziyyət çəkən olmayıb. Bu müharibənin bitməsini Ukrayna xalqından və Ukrayna hökumətindən çox heç kim istəmir. Tamamilə fərqli siqnal göndərən ruslardır”, - o əlavə edib.
Prays rusiyalı oliqarx Yevgeni Priqojinin Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsini etiraf etməsinə də münasibət bildirib.
“O, bizə bilmədiyimiz heç nə demədi. Onun etirafı prezident Putinin dövründə Kremldə dələduzların cəzasız qaldığından xəbər verir”, - o deyib.--25B--
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:30
- 339
Rəy yaz