
FOTO - TURAN.az
Bakı/08.11.22/Turan: 8 noyabr Zəfər Günü münasibətilə Bakıda orkestrlərin müşayiətilə hərbi yürüşlər keçirilib.
Yürüşlər üç marşrut üzrə küçirilib: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrostansiyası - İstiqlaliyyət küçəsi - "Azneft" dairəsi - Bəhram Gur heykəli;
Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı.
Bakı sakinləri hərbçiləri hərarətlə qarşılayıblar. Bu gün Şuşada da yürüş olacaq.
*Xatırladaq ki, 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri azad edilib və İkinci Qarabağ Müharibəsi başa çatıb. 06B
Rəy yaz