Bu gün Minskdə MDB dövlət başçılarının sammiti açılır
Prezident İlham Əliyev cümə günü səhər Minskə MDB dövlət başçılarının sammitinə yola düşüb.
Qarşıdakı görüş bu il Belarusun Birlikdə sədrliyi çərçivəsində əsas tədbir olacaq. 2012-ci ildə sammit Türkmənistanda (Aşqabad) keçirilib. MDB-nin növbəti sədrinin Ukrayna olacağı (2014-cü ilin yanvarından) gözlənilir.
RBK bildirir ki, şuranın iclası öncə məhdud tərkibdə (dövlət başçıları və MDB icraçı katibi), sonra isə geniş tərkibdə, yəni rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Ötən gün isə Belarusun paytaxtında Birlik dövlətləri xarici işlər nazirlərinin toplantısı olub. Onlar gündəliyi razılaşdırıblar.
Sammitin gündəliyi iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığa dair mühüm məsələləri əhatə edir.
İclasda əsas diqqətin MDB ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəldilməsi planlaşdırılır. 2012-ci ildə MDB iqtisadiyyatının artım tempi 3,4% təşkil edib. Bu, orta dünya göstəricisindən (3,2%) çoxdur. Üçüncü ölkələrlə xarici ticarətin ümumi həcmi 1,28 trln.dollara çatıb. MDB ölkələri arasında əmtəə dövriyyəsi 280 mlrd. dollar təşkil edib (2011-ci il - 282,5 mlrd. dollar, 2010-cu il - 206,3 mlrd. dollar).
Bundan əlavə, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinin bayram edilməsinə hazırlıq məsələsi müzakirə olunacaq. Liderlərin 2015-ci ili MDB-də BVM Veteranları ili elan edəcəyi gözlənilir. İclasda bu gün münasibətilə mükafat nümunələrinin nəzərdən keçirilməsi planlaşdırılır.
Həmçinin 2014-cü ilin MDB-də Turizm ili elan edilməsi planlaşdırılır. Gələn il MDB-nin mədəniyyət paytaxtları Qırğızıstanın Oş və Qazaxıstanın Almatı şəhərləri olacaq.
İclas zamanı təhlükəsizlik və hüquq-mühafizə sahələrində bəzi sənədlərin müzakirəsi də nəzərdə tutulur.
Rusiyanın təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında saziş imzalanmağa hazırlanıb. Bu, sözügedən sahədə koordinasiyanı həyata keçirəcək.
Bəzi mühüm sahələrdə dövlətlərarası əməkdaşlığa dair ortamüddətli proqramların təsdiqləməsi gözlənilir: cinayətkarlığa qarşı mübarizə ( 2014-2018-ci illər üçün nəzərdə tutulub), terrorizmə qarşı mübarizə (2014-2016-cı illər), qanunsuz narkotik maddələrin dövriyyəsi (2014-2018-ci illər), insan alveri (2014-2018-ci illər).
Tərəfdaşlığın yeni sferası informasiya texnologiyalarından istifadə olunmaqla törədilən cinayətlərə qarşı mübarizədir. Bu sahədə əməkdaşlıq konsepsiyası MDB ölkələrini transmilli xarakter alan kibercinayətkarlıqdan qorumağa yönələcək.
Sammitin gündəliyinə MDB dövlətləri Parlamentlərarası Assambleyanın Birliyin ali nizamnamə orqanlarının qərarlarının reallaşması üzrə fəaliyyəti haqda məsələ daxildir.
MDB-nin yaradılması barədə saziş 1991-ci ildə Rusiya, Belarus və Ukrayna arasında imzalanıb. Hazırda Birliyə 11 ölkə daxildir: Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.—0—
-
- Siyasət
- 24 Oktyabr 2013 23:56
-
- İqtisadiyyat
- 25 Oktyabr 2013 11:45
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz