Müdafiə Nazirliyində kadr dəyişiklikləri
Müdafiə nazirinin ardınca Hərbi-Hava Qüvvələrinin komandanı da dəyişib. Bu posta general-mayor Ramiz Tahirov təyin edilib. O həm də müdafiə nazirinin müavini təyin olunub.
Bundan əvvəl R.Tahirov prezidentin hərbi məsələlər üzrə köməkçisi olub, ondan öncə isə Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edib. O, HHQ komandanı postunda Altay Mehdiyevi əvəzləyib.
Müdafiə Nazirliyinin təftiş üzrə rəisi, general-mayor Məmməd Beydullayev də vəzifəsindən azad edilib. Onun yerinə Milli Qəhrəman, polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib.
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, yaxın vaxtlarda müdafiə nazirinin müavinləri, bəzi idarələrin rəisləri və iri birləşmələrin komandanları dəyişəcək. –06D--
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 287
Rəy yaz