DQMŞ fəaliyyətini davam etdirəcək
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 9 oktyabr prezident seçkiləri üzrə seçki kampaniyasını uğurla keçirib və əslində seçkilərdə qələb qazanıb. Lakin səsvermənin nəticələri total şəkildə saxtalaşdırılıb və ölkə hakimiyyəti növbəti dəfə Əliyev rejimi tərəfindən qəsb edilib. DQMŞ-nin 24 oktyabr sessiyasında səslənən əsas fikir bundan ibarət olub.
DQMŞ-dən prezidentliyə namizəd Cəmil Həsənli Avropa Parlamentinin Azərbaycandakı seçkiləri qeyri-demokratik və beynəlxalq standartlara uyğun olmayan seçkilər kimi qiymətləndirilməsini doğru adlandırıb.
O qeyd edib ki, bir müddət əvvəl AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları “tamahkarlıq məqsədilə, qonorar müqabilində” seçkilərə müsbət qiymət verib. Onun sözlərinə görə, bu deputatlarla danışıqları Azərbaycan parlamentinin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri Elxan Süleymanov aparıb.
Bu Avropa deputatları ifşa ediliblər, onların evlərinin önündə etiraz aksiyaları keçiriləcək, deyə Həsənli bildirib.
Müzakirələr zamanı həmçinin DQMŞ-nin saxlanması və daim fəaliyyət göstərən orqana çevrilməsi zərurəti qeyd edilib. DQMŞ qarşısında yeni prezident seçkilərinin keçirilməsi, siyasi məhbusların azad edilməsi, demokratik azadlıqların təmin edilməsi uğrunda mübarizə və korrupsiyaya qarşı mübarizə vəzifələri durur.
Həsənli qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ardıcıl və fərdi xarakter daşıyacaq. Onun fikrincə, korrupsionerlər konkret əməllərinə görə xalq qarşısında şəxsən ifşa olunmalıdırlar.
O, demokratik dəyişikliklər uğrunda başlamış mübarizənin korrupsiyaya uğramış, despotik və sülalə rejiminin siyasi səhnədən getməsi ilə yekunlaşacağından əminliyini ifadə edib.
Sessiya zamanı təşkilati məsələlərə də baxılıb. Belə ki, Lalə Şövkət (Liberal Partiyasının lideri), Asəf Quliyev (AXCP-nin keçmiş sədr müavini), Solmaz Hüseynova, İlham Hüseyn (AXCP), Mövsüm Səmədov (İslam Partiyasının həbs edilmiş lideri), Elçin Manafov (İslam Partiyasının sədri səlahiyyətlərini icra edən) öz istəkləri ilə DQMŞ-dən çıxarılıblar.
Gülnarə Qurbanova və Akif Şahbazov DQMŞ iclaslarına gəlmədiklərinə görə qurumdan çıxarılıblar.
Bununla belə, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin və Liberal Partiyanın rəhbəri Əvəz Temirxanın DQMŞ-yə üzvlüyünə son qoyulması məsələsinə baxılması təxirə salınıb.
Lakin Temirxan özü iclasın əvvəlində zalı tərk edib və jurnalistlərə bildirib ki, DQMŞ-dən çıxır.
* DQMŞ bu ilin iyununda təsis edilib, təşkilata 131 üzv, o cümlədən ondan çox siyasi məhbus daxil idi. Bundan başqa, bəzi DQMŞ üzvləri, o cümlədən şura sədri Rüstəm İbrahimbəyov xaricdə idi. -03C06-
Siyasət
-
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəsarət alan ölkə vətəndaşlarından 4 (1 kişi və 3 qadın) nəfərin stasionar müalicəsi davam edir.
-
“Abzas Media” nəşrinin redaktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Sevinc Vaqifqızı jurnalist həmkarlarının personal tərəfindən fiziki təzyiqlərə və ayrı-seçkiliyə məruz qaldığını bildirib.
-
Bundan əvvəl pilotların danışıqları ilə bağlı İnternetdə dərc olunmuş açıqlamalar dekabrın 25-də Aktauda qəzaya uğramış AZAL təyyarəsinin "qara qutusundakı" materiallardan fərqlənir. Bu barədə yanvarın 24-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 165
Rəy yaz