
Photo: © Tiskový odbor
Bakı/01.04.20/Turan: Çexiya XİN bəyanat yayaraq Çexiya Respublikasının bu il martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri”nin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığını bildirib.
Çexiya Respublikası ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir, münaqişəyə cəlb edilmiş bütün tərəfləri gələcək sülh prosesinə çağırır və BMT baş katibinin dünyanın bütün guşələrində qlobal atəşkəsə çağıran 23 mart 2020-ci il tarixli bəyanatını dəstəkləyir, Çexiya XİN-in bəyanatında deyilir.—0—
Rəy yaz