UNEC bildirir ki, torpaq mübahisəsi AR qanunları çərçivəsində həll ediləcək
Bakı/01.04.20/Turan: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 01.04.2020 tarixində turan.az saytında dərc edilmiş “İqtisad Universiteti vətəndaşın şəxsi torpaq mülkiyyətini ələ keçirdi” məqaləsinə operativ reaksiya verib.
UNEC hesab edir ki, məlumat təhrif olunub, birtərəflidir və real vəziyyəti əks etdirmir:
“Vətəndaş Mirvaleh Seyidrza oğlu Mövsümov tikinti işlərinin ən qızğın vaxtında torpaq sahəsi ilə bağlı problemlə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinə müraciət edib. Demək olar ki, bununla eyni vaxtda vətəndaş M.Mövsümov Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin iş ekspertizaya göndərildiyi üçün məhkəmə prosesi dayandırılıb.
Ona görə də birtərəfli işıqlandırmanı, məhkəmə prosesləri başa çatmadan öncə natamam informasiya əsasında “qərar çıxarılmasını” məqsədəuyğun hesab etmirik və bunu müvafiq strukturlara təzyiq cəhdi kimi qiymətləndiririk.
Qeyd etmək lazımdır ki, yenidənqurma və tikinti layihəsi müvafiq qaydada təsdiqlənib, hər hansı bir özbaşınalıqdan söhbət gedə bilməz, torpaq sahəsinin zəbt olunması məsələsi şişirdilib, çünki ərazi sərhədlərinə riayət edilib və problem yalnız yaxınlıqda olan istənilən tikinti və təmir işlərində olduğu kimi məcburi müvəqqəti narahatlıqdadır.
Məsuliyyətlə bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hörmətlə yanaşır və əməl edir, bütün instansiya məhkəmələrin və dövlət orqanlarının qərarlarını yerinə yetirir, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşır. Universitet rəhbərliyi vətəndaş Mövsümovla görüşüb və onu buna əmin edib”.
Öz növbəsində Turan agentliyi diqqəti ona yönəldir ki, məqalədə UNEC-in hüquqşünası Kəmalə Bünyadovanın şərhləri yer alıb.—0—
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz