Çexiya səfirliyi öz ölkə vətəndaşının sərhəddə həbsi məsələsini şərh etmir
Çexiyanın Bakıdakı səfirliyi öz ölkə vətəndaşının Azərbaycan və Ermənistan sərhədində həbs edilməsi məsələsinə aydınlıq gətirməyib.
"Məsələ araşdırılır", - Turan-ın sorğusuna cavab olaraq səfirlikdən bildiriblər.
KİV-in məlumatına görə, adı açıqlanmayan Çexiya vətəndaşı bazar günü saxlanılıb. Bu barədə rəsmi məlumat verilməyib, saxlanılan şəxsin adı da məlum deyil.
Erməni tərəfi hadisə barədə məlumatının olmadığını bildirib.
Rəy yaz