Ceyhun Bayramov"Ukraynanın bərpası" konfransında iştirak edəcək
İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib.
Səfərdə məqsəd iyunun 11-12-də Berlində "Ukraynanın bərpası" konfransında iştirak etməkdir, Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
Konfrans çərçivəsində Ceyhun Bayramov bir sıra ikitərəfli görüş keçirəcək.
Rəy yaz