Çingiz Qənizadə mandatını itirir
Bakı/13.02.20/Turan: Mərkəzi Seçki Komissiyası fevralın 13-də keçirlən iclasında Milli Məclisə seçkilər üzrə 80 saylı İmişli-Beyləqan seçki dairəsində seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edib.
MSK deputatlığa namizədlər Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətlərini araşdırdıqdan sonra bu qərara gəlib.
Razim Əmiraslanov Müsavat Partiyası başqanının müavini, Hikmət Şirinov isə keçmiş baş prokuror İxtiyar Şirinovun oğludur.
Seçkinin ilkin nəticələrinə görə, 80 saylı İmişli-Beyləqan seçki dairəsində paralmentin hazırda deputatı olan Çingiz Qənizadə 45.4 fazi səs çoxluğu ilə irəlidə idi.
MSK katibi Arifə Muxtarova bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb.
“Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib”, o qeyd edib.-03B-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz