
Bakı/13.02.20/Turan: Prokurorluq jurnalist Mustafa Hacıbəylinin çevik polis alayı tərəfindən döyülməsi ilə bağlı araşdırmaya başlayıb.
“Bu gün vəkil Nemət Kərimli ilə birlikdə Binəqədi Rayon Prokurorluğuna getdik və mən müstəntiq Eynur Əliyevə ifadə verdim.
Daha sonra bədən xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün tibbi ekspertizadan keçdim”, - M.Hacıbəyli Turan-a bildirib.
Xatırladaq ki, “Basta” saytının redaktoru və Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli fevralın 11-də MSK-nın qarşısında keçirilən etiraz mitinqində amansızcasına döyülüb. -06D-
Rəy yaz