Müxalifət mitinqi Bakının mərkəzində keçirməyə israr edir
Bakı/13.02.20/Turan: Parlament seçkilərinin saxtalaşdırılmasına qarşı müxalifət mitinqinin təşkilatçıları yenidən Bakı meriyasına müraciət edəcəklər ki, fevralın 16-da şəhərin mərkəzində mitinq keçirməyə icazə verilsin. Bu barədə Turan-a mitinqin təşkilatçılarından biri, D18 Hərəkatının lideri Ruslan İzzətli bildirib.
Onun sözlərinə görə, hakimiyyətin Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun stadionunda mitinq keçirmək təklifi təşkilatçıları qane etmir.
Mitinqi Müsavat, Respublikaçı Alternativ partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər Fərhad Mehdiyev və Günel Səfərova keçirir.
Ötən çərşənbə axşamı onlar metro “28 may” metro stansiyasının yaxınlığında aksiya keçirmək niyyətində olduqlarını şəhər meriyasına bildiriblər.
Çərşənbə günü hakimiyyət, ümumiyyətlə, mitinqə icazə verməyib, lakin sonradan Lökbatanda aksiya keçirməyi təklif edib. ––06D-
-
- Cəmiyyət
- 13 Fevral 2020 17:00
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz