
Bakı/29.04.20/Turan: Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da səhər saatlarından Biləsuvar rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirir. Yerli sakinlərin sözlərinə görə, bina bir neçə polis dəstəsi tərəfindən mühasirəyə alınıb. Qeyri-rəsmi məlumatlara görə, icra hakimiyyətinin başçısı və onun birinci müavini həbs edilib.
DTX-nin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
Həbs xəbəri təsdiqini taparsa, bu, beşinci belə hadisə olacaq. Sonuncu dəfə bu həftə İsmayıllı şəhər İcra Hakimiyyətinin nümayəndəsi korrupsiyaya görə saxlanılıb. -02D-
Rəy yaz