Açiq mənbələrdən foto.
“Demokratiyalar hələ də bəhrə verə bilər” – ABŞın planları haqqında
Vaşinqton/27.04.21/Turan: ABŞ demokratiyalar və avtokratiya arasında hazırki mübarizəni “bu və ya digər ölkə üçün onlardan hansının daha faydalı olması” uğrunda yarış kimi görür, bu barədə çərşənbə axşamı jurnalistlərlə söhbətində Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
“... Avtoritar rejimlər iddia edirlər ki, onların idaretmə sistemi 21-ci əsrin çağırışlarına bizim demokratiyamızdan daha yaxşı uyğunlaşıb. İlk 100 gündə (Baydenin prezidentliyinin) biz bu fikrin yanlış olduğunu sübut edirik və demokratiyaların əvvəlki kimi irəlilədiyini nümayiş etdiririk”, deyə Turan-ın Vaşinqton müxbiri məmurdan sitat gətirir.
Bayden yaxın aylarda Azad Dünya xalqlarının ortaq məqsədini yeniləmək üçün demokratiya uğrunda qlobal Sammit keçirmək istəyir. Kleptokratiyaya, çirkli pulların yuyulmasına, vergi qaçaqçılığına qarşı mübarizə kimi məsələlər “demokratiya uğrunda Sammitimizin” əsas mövzuları arasında olacaq, deyə məmur qeyd edib.
“Çünki biz bunu demokratiyaları avtokratiyalardan fərqləndirə biləcək və fərqləndirəcək üsullardan biri olaraq görürük, prezident Bayden belə hesab edir”, deyə məmur izah edib. -25B-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz